«One Touch Trade & Logistics» şirkəti aşağıdakı nəqliyyat növlərindən istifadə etməklə konteyner daşımaları həyata keçirir: dəmir yolu, dəniz və avtonəqliyyat. Şirkət dünyanın müxtəlif ölkələrindən Qara və Xəzər dənizi limanları, MDB ölkələri, Avropa, Çin və İranla quru sərhədlərindən keçməklə beynəlxalq konteyner daşımaları (idxal, ixrac, tranzit) yerinə yetirir. Şirkət şəxsi dəmiryol hərəkət tərkibinə sahibdir və icarəyə götürülmüş hərəkət tərkibindən istifadə edir ki, bu da daşımanı ən sərfəli tariflərlə, müəyyən edilmiş müddətdə operativ və vaxtlı-vaxtında yerinə yetirməyə imkan verir.

TƏQDİM EDİLƏN DAŞIMA XİDMƏTLƏRİ:

  • Yüklərin konteyner daşımalarının bütün mərhələlərinin ən optimal parametrlərlə işlənməsi, fraxt dərəcələrinin, konteyner və terminaldan istifadə şərtlərinin tam araşdırılması;
  • Yükün “qapıdan qapıya” daşınması;
  • Kompleks multimodal servis;
  • Konteynerlərin izlənməsi və onlara nəzarətə informasiya dəstəyi;
  • Aparıcı konteyner xətləri ilə müqavilə münasibətləri.