«One Touch Trade & Logistics» Azərbaycanın iritonnajlı yük daşımaları bazarında qabaqcıl şirkət olan nəqliyyat-ekspedisiya şirkətidir. İri və orta yükgöndərənlərlə onların rəqabət qabiliyyətinin yüksəldilməsi üzrə uğurlu iş şirkətimizi Azərbaycan və MDB-nin nəqliyyat-logistika bazarının qabaqcıl iştirakçısına çevirir.

XİDMƏTLƏRİMİZ

  • Şəxsi və icarəyə götürülmüş hərəkət tərkibində yüklərin dəmiryol daşımaları;
  • Örtülü vaqonlar, fitinq platformaları, yarımvaqonlar, universal platformalar, meşə materialı platformaları və digər növ hərəkət tərkibinin təqdim edilməsi;
  • Yüklərin müxtəlif nəqliyyat növləri ilə Azərbaycan ərazisində və xaricə qapıdan-qapıya daşınması;
  • Terminal əməliyyatları və anbar logistikası;
  • Sənaye və ticarət üçün kompleks logistik həllər;
  • Hərəkət tərkibinin dislokasiyasının izlənməsi və müştərilərin bu barədə məlumatlandırılması;
  • Müxtəlif iri yüklərin daşınması üçün yüklərin yüklənmə və bərkidilmə sxemlərinin işlənib hazırlanması və razılaşdırılması.

Nəyə görə daşımaları bizə etibar etməlisiniz?

Biz yük daşımaları sahəsində 20 uğurlu ildən arıq staja malik peşəkarlar komandasıyıq. Biz praktikada hər şeyin necə işlədiyini bilirik. Sizə yük daşımaları lazımdırsa, «One Touch Trade & Logistics»  nəqliyyat şirkəti öz xidmətlərini təklif etməyə hazırdır.

Azərbaycan, MDB və digər ölkələr boyu yük daşımaları həyata keçirərkən, biz aşağıdakı prinsiplərə əməl edirik:

  • Dəyəri operativ hesablayırıq
  • Optimal tariflər təqdim edirik
  • Sənəd dövriyyəsini vaxtlı vaxtında həyata keçiririk
  • Razılaşmalarımıza dəyər veririk.
Operativ konsultasiya almaq istəyirsiniz?

Elə indi bizimlə əlaqə saxlayın!