Məlum olduğu kimi, Çin və orta Asiya ölkələrindən Avropa istiqamətində hərəkət edən böyük həcmdə yük quru ilə daşınma ilə yanaşı, həm də dəniz vasitəsilə nəql edilir. Şirkətimiz hər ay dəniz yolu ilə (Xəzər dənizi, Qara dəniz) böyük miqdarda yük göndərir ki, bu da tariflərdə böyük endirimlər əldə etmək və müştərilərimizə keyfiyyətli və rəqabət qabiliyyətli servis təklif etmək imkanı verir.

XİDMƏTLƏRİMİZ

  • istənilən yük, istiqamət və yük partiyası üçün gəmilərin fraxt edilməsi;
  • 20’ft, 40’ft və konteynerlərdə dəniz konteyner daşımaları;
  • xüsusi vasitə və avadanlıqlar cəlb edilməklə qeyri-standart, kiçik qabaritli və ağır çəkili yüklərin daşınması;
  • yanaşı gedən xidmətlər

ÜSTÜNLÜKLƏRİMİZ

  • böyük iş təcrübəsi;
  • aparıcı dəniz daşıyıcıları ilə tərəfdaşlıq münasibətləri;
  • böyük həcmdə daşımalar, sərfəli şərtlərin təklif olunması.