Dəmiryol nəqliyyatı ilə yük daşımaları böyük məsafələrə yük daşıyan şirkətlər üçün optimal seçimdir. Bu üsulun bir sıra üstünlükləri var – aşağı qiymət və iri yük partiyalarının eyni zamanda göndərilməsi mümkünlüyü. Öz növbəsində, «One Touch Trade & Logistics» şirkətinin başlıca vəzifəsi – Azərbaycandan keçən tranzit D/Y yük dövriyyəsinin artırılmasıdır.

XİDMƏTLƏRİMİZ

  • dəmiryol daşımalarının dəyərinin operativ hesablanması və onların şərtləri;
  • örtülü vaqonlar, fitinq platformaları, yarımvaqonlar, universal platformalar, meşə materialı platformaları və digər növ hərəkət tərkibinin təqdim edilməsi;
  • hərəkət tərkibinin yüklənmək üçün dəmiryol stansiyasına gətirilməsi;
  • Azərbaycan ərazisində, eləcə də MDB və Türkiyə üçün dəmiryol tarifinin ödənilməsi;
  • hərəkət tərkibinin dislokasiyasının izlənməsi və müştərilərin bu barədə məlumatlandırılması;
  • dəmir yolu ilə daşınmaq üçün yüklərin yüklənmə və bərkidilmə sxemlərinin işlənib hazırlanması və razılaşdırılması.

ÜSTÜNLÜKLƏRİMİZ

  • Vaqon parkının olması;
  • Sistemləşdirilmiş yanaşma;
  • Daşımanın dəyərinin razılaşdırılması zamanı müştəriyönlülük;
  • Hərəkət tərkibi mülkiyyətçiləri ilə birbaşa müqavilələr əsasında iş.