sustainable logistics development

Logistikanın Davamlı İnkişafı | Davamlı İnkişaf Məqsədləri (DİM)

30 Noyabr 2022

Logistika və yük daşımalarının davamlı inkişafı global olaraq böyüyən problemdir. E-ticarət və Covid-19 pandemiyasından sonra bu məsələ daha da önəmini artırmışdır. İnsanlar davamlı biznes inkişafı və təmiz enerji resursları ilə bağlı getdikcə daha çox maraqlanırlar. Bundanda əlavə dövlət orqanları bu məsələni diqqət mərkəzində saxlayır və şirkətləri bu yöndə irəliləməyə və davamlı inkişaf üçün addım atmağa sövq edir. Yükdaşıma logistikasının stabil və səmərəli olması iqtisadi inkişafı, ətraf mühitin təmizliyini və həyat keyfiyyətini qorumaq üçün vacibdir.

Təchizat zənciri bir neçə mərhələdən ibarətdir hansı ki, xam malların alınmasından başlayaraq, məhsulun ən son istifadəçiyə çatdırılanadək olan prosesi əhatə edir. Davamlı Logistika müxtəlif proses və prosedurlardan istifadə edərək təchizat zəncirinin davamlı olmasını təmin edir. Yük daşımalar CO2 qaz emissiyasının həcminə görə dünyada 2-ci yerdədir. 21-ci əsrin əvvəlindən başlayaraq, global mal və yük daşımalarının həcmi son dərəcə artıb. Nəticədə hər il istixana qazlarının kütləsi 1.9% artır. Bütün bu amilləri nəzərə alaraq müxtəlif metod və texnologiyaların işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir.

Birləşmiş Millətlər Təşkilatı qlobal problemlərin həlli yollarını axtarmaq üçün 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) qəbul etmişdir. Bunları nəzərə alaraq One Touch Trade & Logistics şirkəti biznes əməliyyatlarını DİM-lər üzərində qurmuşdur. Xüsusilə biz biznesimizin sosial və ətraf mühit təsirlərini təhlil edirik və birbaşa və ya dolayı təsir göstərən amilləri nəzərə alaraq icra proqramları hazırlayırıq.

-Marşrutlarımız kargo və yükdaşıma məsafəsini qısaldacaq şəkildə təşkil olunub, ona görə də biz daha az istixana qazları buraxır və enerji sərfiyyatını azaldırıq.

-Şirkətimiz əməliyyatlarda çalışan insanlara yüksək təhlükəsizlik və sığorta təmin edir. Üstəlik beynəlxalq şirkət olaraq biz fərqli insan qruplarına qarşı tolerantıq.

-Məsafənin optimallaşdırılması və donanmadan istifadə səviyyəsi əməliyyatların davamlılığına nail olmaq üçün əsas amillərdir. Qapıdan qapıya yükdaşıma sistemi bizə bütün əməliyyatları kəsintisiz yekunlaşdırmağa imkan verir.

Biz sosial və ekoloji cəhətdən məsuliyyətli şirkətik və anlayırıq ki, təbii və sosial resursları gələcək nəsillərə ötürmək bizim borcumuzdur.