historical silk road in modern times

Qədim İpək yolu müasir dövrdə

08 Fevral 2023

“İpək Yolu” qədim dövrlərdə Avropa və Asiya arasında ticarət məntəqələrini birləşdirmək üçün yaradılmış ticarət yoludur. Bu marşrutların böyük əhəmiyyəti var, çünki regionlar arasında həm mədəni, həm də iqtisadi səviyyələrdə inkişafın əsasını təşkil edir. Keçdiyi bir çox regionlara – Azərbaycan daxil olmaqla – böyük təsir göstərir.

historical silk road

“Logistika vasitəsilə ölkələr arasında körpülər qurmaq” missiyamızdan ilhamlanaraq, İpək Yolu boyunca qədim ticarət sənətini canlandırmaq və müasirləşdirmək üçün yola çıxmışıq. Bu, Şərqdən Qərbə uzanan iki əsas ticarət marşrutlarımızın inkişafı sayəsində mümkün olmuşdur: birincisi, İndoneziya və Rusiya arasında ticarət aparmaq məqsədi daşıyan “Cənub-Şərq-Şimal-Qərb” marşrutumuzdur. İkincisi, “Şərq-Qərb” dəhlizi hansı ki, Çindən birbaşa Avropaya çıxış imkanı verir.

Bu ticarət yolları aşağıdakı ölkələrdən keçir; Çin, İndoneziya, Thailand, Qazaxıstan, Hindistan, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, BƏƏ, Avropa ölkələri və.s.

From China to Europe

Yuxarıdakı xəritələrdə göstərilən müxtəlif limanlarda yükünüzün həm yola düşmə zamanı, həm də gəliş zamanı hər zaman təhlükəsiz saxlanılmasını və idarə olunmasını təmin edirik. Müştərilərimiz üçün münasib qiymətə maksimum daşıma səmərəliliyini təmin etmək üçün One Touch bu marşrutlar boyunca su, quru, dəmir yolu və hava xidmətlərinin kombinasiyadan istifadə edir. Müştərilərimizin yüklərini birbaşa qapılarına çatdırmaq üçün “qapıdan-qapıya” xidmətimizlə onların iş yükünü azaldırıq.

 

İpək Yolu boyunca ticarətin qədim forması çoxdan keçmişdə qalmasına baxmayaraq, bugünkü müasir texnologiya Şərq və Qərb arasında ticarətə əsaslanan qarşılıqlı əlaqə üçün yeni imkanlar təqdim edir. “One Touch Trade and Logistics” müxtəlif nəqliyyat növləri və qabaqcıl anbar imkanları ilə qarşılaşa biləcəyiniz hər hansı daşıma problemi həlli üçün peşəkar əməkdaşdır.